Azərbaycan azarkeş qrupu 2 finalçımızı böyük coşqu ilə qarşıladı

Nur-Sultanda dünya çempionatı sabah sona yetir. Allsport.az saytı xəbər verir ki, ilk gündən yarışın keçirildiyi “Barıs arena”sında güləşçilərimizi tək qoymayan Azərbaycan azarkeş qrupu bu gün də komandamızın yanındaydı.

Bunlar Bakıdan və digər MDB ölkələrindən olan azərbaycanlılar, diaspor gəncləri və Qazaxıstanda yaşayan soydaşlarımızdır. Onlar Cəbrayıl Həsənovla Şərif Şərif Şərifovun finala çıxışını böyük coşqu ilə qarşıladılar.

Həmin kateqoriyadan