Azərbaycan batut üzərində tullanma üzrə dünya çempionatına bu heyətlə gedir

Danimarkada 2016-cı ilin Olimpiya Oyunlarına seçim xarakteri daşıyan batut, iki hissəli mini-tramp və akrobatik cığır üzərində tullanmalar üzrə dünya çempionatı start götürür. Allsport.az xəbər verir ki, batutda, iki hissəli mini-trampda və akrobatik cığırda fərdi və komanda yarışlarında 12 dəst mükafat oynanılacaq. Rio-de-Janeyro Olimpiadasına 8 qadın və 8 kişi idmançı vəsiqə qazanacaq. Bir ölkədən ancaq 2 namizəd keçə bilər.

Batut üzərində tullanmalar üzrə Azərbaycan yığmasının məşqçilər qərargahının qərarına görə, dünya çempionatında İlya Qrişunin, Oleq Piunov, Dmitri Fedorovski, Ruslan Ağamirov, Mixail Malkin, Svetlana Makştarova və Sabina Zaytseva yarışacaqlar.

Qaliblər noyabrın 29-da müəyyən ediləcək.

Hakimlər heyətindən Azərbaycanı Adil Hüseynzadə təmsil edəcək.

Həmin kateqoriyadan