Azərbaycan batutçuları dünya kubokunda çıxış ediblər

İspaniyanın Valyadolid şəhərində batut gimnastikası üzrə növbəti Dünya Kuboku mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda bizdən İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy, Ruslan Ağamirov, Sabina Zaytseva və Svetlana Makştarova çıxış ediblər.

Yarişda İlya Qrişunin və Oleq Piunovdan ibarət kişi sinxron cütlüyü, həmçinin Sabina Zaytseva və Svetlana Makştarova – qadın cütlüyü, müvafiq olaraq 5-ci və 8-ci yerləri qazanıblar.

Həmin kateqoriyadan