Azərbaycan Belçikaya da böyük hesabla qalib gəldi

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb. Allsport.az xəbər verir ki, yığmamız Uelsin Osvestri şəhərindəki Park Hall stadionunda Belçika komandası ilə qarşılaşıb.

Oyun millimizin inamlı qələbəsi ilə başa çatıb. Belə ki, futbolçularımız rəqib qapısından 3 cavabsız top keçiriblər. Yığmamızın heyətində Yaiza Relea 29 və 45-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıbsa, matçda son nöqtəni 67-ci dəqiqədə Aysun Əliyeva qoyub.

Xatırladaq ki, qrupun ilk oyununda yığmamız Uels millisini 4:1 hesabı ilə məğlub etmişdi.

Həmin kateqoriyadan