Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatı sona yaxınlaşır. Allsport.az xəbər verir ki, artıq turnirin yarımfinal mərhələsində çıxış edəcək komandalar məlum olub.

Nəticələr belədir:

1/4 final:

“Ağcabədi” – “Sərhədçi” 0-7
“Laçın” – “Ağstafa” 0-1
“Köhlən” – “Qarabağ” Ağdam 0-4
“Polad” – “Şəki” +/-

Yarımfinal:

“Qarabağ” Ağdam – “Polad”
“Sərhədçi” – “Ağstafa”

Qeyd edək ki, oktyabrın 22-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək yarımfinal mərhələsi saat 10:00-da, oktyabrın 24-də keçiriləcək final mərhələsi isə 16:00-da başlayacaq.

Həmin kateqoriyadan