Azərbaycan çempionunun qələbəsi ölkəmizin UEFA əmsalında Kipri ötməsinə yardımçı olub

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ın evdə Yunanıstanın PAOK klubu üzərində qələbəsi (2:0) ölkəmizin UEFA əmsalına müsbət təsir göstərib. Allsport.az saytı xəbər verir ki, qazanılan uğur hesabımıza 0.500 xal yazdırıb.

Bununla da reytinq xallarını 17.250-yə yüksəldən Azərbaycan, 1 pillə irəliləyərək Kipri arxada qoyub. Hazırda 25-ci yerdə olan Odlar yurdu adalıları 0.200 xal qabaqlayır. Bizdən 1 addım öndə olan İsrailin isə hesabında xalların cəmi 17.875-ə bərabərdir.

 

Həmin kateqoriyadan