Azərbaycan – Çexiya matçı sloveniyalı və avstriyalı hakimlərə tapşırıldı

AÇ-2016-nın final mərhələsi çərçivəsində Azərbaycan və Çexiyanın futzal yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, qarşılaşmanın əsas hakimi Admir Zahoviç (Sloveniya) təyin olunub.

İkinci hakim funksiyasını Avstriyadan olan Gerald Bazurfaynd yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan və Çexiya yığmaları arasındakı oyun fevralın 5-dən 6-na keçən gecə keçiriləcək və saat 00:00-da start götürəcək.

Həmin kateqoriyadan