Azərbaycan cüdo üzrə paralimpiya yarışlarında qızıl medala ümid bəsləyir

“Bakı-2015” ilk Avropa Oyunlarının cüdo proqramına salınmış paralimpiya yarışlarında Azərbaycanı iki idmançıı təmsil edəcək. Allsport.az AzərTAc-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları çox mühüm hadisədir: “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın səyi nəticəsində oyunların cüdo yarışlarının proqramına paralimpiya yarışları da salınıb. Həmin proqramda iki çəki üzrə qadınlar və kişilər mübarizə aparacaq. Bu yarışlar ümumi cüdo oyunları çərçivəsində keçiriləcək. Hər çəkidə 10-dan çox idmançı çıxış edəcək. Demək olar ki, bu yarışda çox güclü idmançılar mübarizə aparacaqlar. Qadınlar arasında ölkəmiz son dünya çempionatının gümüş mükafatçısı Səbinə Abdullayeva ilə təmsil olunacaq. 2014-cü il Afina və 2008-ci il Pekin Paralimpiya Oyunlarında iki qızıl medal medal qazanmış İlham Zəkiyev isə kişilər arasında yarışda 100 kiloqramdan yuxarı çəkidə çıxış edəcək. Çox gərgin yarış gözlənilir. Məqsədimiz qızıl medal qazanmaqdır” – deyə İ.Rəhimov vurğulayıb.

Həmin kateqoriyadan