Millimiz Danimarkaya 11 qol vurdu, Ukraynanı qabaqladı

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupda bu gün ikinci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, milli komandamız bu dəfə Danimarka ilə qarşılaşıb.

Bütövlükdə, 13 qolun vurulduğu oyunda millimiz möhtəşəm qələbəyə nail olub. Çoxlu qol vurması yığmamızın Ukraynanı top fərqində də qabaqlayaraq qrup liderliyini ələ keçirməsinə şərait yaradıb. Belədə, qrupun son turunda millimizə hətta Ukrayna ilə heç-heçə də sərf edəcək.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək ilk oyunda isə Ukrayna Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Ukraynalılar ardıcıl ikinci oyunda da böyük hesablı qələbəyə seviniblər.

Xatırladaq ki, ilk turda Azərbaycan yığması Belçikaya (3:1), Ukrayna isə Danimarkaya (5:2) qalib gəlib.

AÇ-nin əsas seçmə mərhələsi
4-cü qrup
19 mart

Ukrayna – Belçika – 9:2 (3:2)

Azərbaycan – Danimarka – 11:2 (3:0)
Qollar: Fineo, 7 (1:0). R.Fərəczadə, 13 (2:0). V.Borisov, 18 (3:0). Y.Yensen, 21 (3:1). Amaedu, 25 (4:1). İ.Atayev, 31 (5:1). M.Yensen, 31 (5:2). Auqusto, 32 (6:2). R.Çovdarov, 33 (7:2). Fineo, 34 (8:2). R.Fərzəliyev 36 (9:2). R.Çovdarov, 37 (10:2). İ.Atayev, 38 (11:2).

Azərbaycan: Laersio Buranello, Rizvan Fərzəliyev, Amadeu, Auqusto Sezar, Eduardo Mello – Vitali Borisov, Rafael Durval, Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Fineo, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov.

Həmin kateqoriyadan