Azərbaycan derbisi sülhlə bitdi

Premyer liqada 15-ci tur sona yetib. Allsport.az saytı xəbər verir ki, günün son matçı həm də mərkəzi olub, çempion “Qarabağ”la lider “Neftçi” ilə qarşılaşdı.

Hesabı meydan sahibləri açdı. Amma qonaqlar elə ilk hissədə bunun cavabını verdilər. Növbəti yarı bərabər keçsə də, “ağ-qaralar”ın qırmızı vərəqə alması işi korladı.

Nəticədə, bayraqdar müdafiəyə çəkildi və oyunu əks-hücumda qurmağa çalışdı. “Qarabağ” da son dəqiqələrdə azlıqda qaldı, ancaq bu, görüşün nəticəsinə təsir etmədi – 1:1.

Həmin kateqoriyadan