Azərbaycan döyüşçüləri Bakıda “M-1 Challenge 67” turnirində uğurlu çıxış etdilər

Azərbaycan paytaxtında ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur “M-1 Challenge 67” gecə keçirilib. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşki olunan yarışda 15 ölkədən idmançıların iştirakı ilə 10 döyüş baş tutub.

“Odlar Yurdunda döyüş”də Azərbaycanı 3 idmançı təmsil edib. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyev olub. “Baku Fight” klubundan olan iki təmsilçimiz gecənin super görüşündən qalib ayrılıb. Döyüşə inamlı başlayan Zaur Hacıbabayev birinci raundda almaniyalı rəqibi Lazar Todevi məğlub edib. Digər döyüşçümüz Taleh Nəcəfzadə Ekvatorial Qvineya idmançısı Felipe Nsueyə qarşı yarışıb. O, görüşün üçüncü raunddunda rəqibindən güclü olub və “M-1 Challenge 67” yarışı qazanıb.

Gecənin və günün son döyüşündə 77 kq-da M-1 yarışında debüt edən Azərbaycan idmançisi Etiqat Atakişiyev ispaniyalı rəqibi Adrian Pereslə üz-üzə gəlib. İdmançimiz rəqibini boğucu fəndlə məğlub edərək adını mükafatçılar sırasına yazdırıb.

Orta çəkidə M-1 üzrə dünya çempionluğu uğrunda ilk titul döyüşündə slovakiyalı İvan Buxinger (Slovakiya) rusiyalı rəqibi Mixail Korobkova ilk raundda qalıb gəlib. Vadim Malygin (Rusiya) – İbrahim Novruzov (Gürcüstan) görüşü hakimlərin qərarı ilə heç-heçə yekunlaşıb.

“M-1 Challenge” üzrə dünya çempionluğu uğrunda yüngül çəkidə Aleksandr Butenko (Ukrayna) beş raunddun nəticəsi olaraq Artyom Damkovskidən (Belarus) üstün olub. O öz çəki dərəcəsi üzrə çempionluq kəmərinə layiq görülüb. Turnirin digər görüşdə Əzəmət Zantuduev (Qırğızıstan) Bair Ştepinə (Qazaxıstan), Yevgeni Myakinkin (Rusiya) Yevgeni Guryanova (Ukrayna), Zalimbəy Ömərov (Ukrayna) Mixail Sırbura (Moldova), Şəvqət Rəhmanov (Qazaxıstan) nokautla Marselo Britoya (Braziliya) qalib gəlib.

Dünyanın 150 ölkəsində canlı yayımlanan turnirdə fəxri qonaq qismində Ümumdünya Qarışıq Döyüş novləri Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn və Qarışıq Döyüş növləri (MMA) üzrə dəfələrlə dünya çempionu, MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenko da iştirak edib.

Həmin kateqoriyadan