Azərbaycan dünyada 12-cidir

Futzal üzrə milli komandaların növbəti reytinq cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, FİFA-nın təqdim etdiyi ilin son cədvəlində millimizin mövqeyi dəyişməz qalıb.

Azərbaycan yığması siyahıda 12-ci mövqedə qərarlaşıb. Tino Peresin rəhbərlik etdiyi yığmamızın aktivində 1393 xal var.

Reytinq cədvəlinə əvvəlki kimi İspaniya başçılıq edir – 1915 xal. Braziliya ikinci – 1910, İtaliya üçüncüdür – 1747 xal.

Postsovet məkanından yığmamızdan öndə 2 komanda qərarlaşıb – Rusiya və Ukrayna. Bu komandalar müvafiq olaraq 4-cü və 8-ci yerdədirlər.

Həmin kateqoriyadan