Azərbaycan Estoniyaya da qalib gəldi

Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. Allsport.az xəbər verir ki, Estoniya yığması ilə görüşdə komandamız 3:0 hesablı qələbə qazanıb.

Yığmamızın heyətində Yaiza Reala, Nigar Cəlilli və Kristina Bakarandze fərqləniblər.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Qazaxıstan komandası üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Həmin kateqoriyadan