Azərbaycan futbolçularının “Qarabağ Vyana”da çıxış etmək imkanı

Avropada uğurlu çıxışıyla azarkeşlərimizi sevindirən “Qarabağ Vyana” Avstriyanın Stadt Liqasında bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb. Allsport.az saytı xəbər verir ki, cari mövsüm digər klublardan daha yaxşı oyun göstərən klub vaxtından əvvəl qızıl medalı təmin etməklə ölkənin regional liqasina yüksəlib.

Komandanın təsisçisi və idarə heyyətinin rəhbəri Orxan Vəliyevin səyləri və inkişaf konsepsiyasına uyğun olaraq komanda ilbəil yeni səviyyəyə qalxır. Avstriya Dövlət İqtisad Universitetinin məzunu olan həmyerlimiz həm də futbol azarkeşidir. Orxan Vəliyev klubun mətbuat xidmətinə açıqlamasında komandanın əsas məqsədi haqqında bunları deyib:

““Qarabağ Vyana”ın uğurları bizi daha böyük işlərə həvəsləndirir. Klubun qazandığı qələbələr Azərbaycan-Avstriya arasında dostluğu möhkəmləndirir. Üstəlik futbolumuz üçün yeni perspektivlər yaradır. Əsas məqsədimizdən biri azərbaycanlı futbolçuların Avstriya komadasına transfer olmasıdır. Bu, həqiqətən də çox gözəl başlanğıc olar. Beləcə “Qarabağ Vyana” meydanda da Azərbaycan çalarını qazanacaq. Həmçinin yerli futbolçular xaricdə də çıxış edərək beynəlxalq təcrübə əldə edəcəklər. “Qarabağ Vyana” yeni mövsümdə də azarkeşlərini sevindirmək üçün uğurlu çıxışını davam etdirməyə çalışacaq”.

Xatırladaq ki, inkişaf üçün vacib faktor sayılan baza problemi artıq həll olunub. komanda ev oyunlarını doğma bazasında – “Qarabağ Vyana” da keçirir. Klubun əsas oyunçuları ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandası da fəaliyyət göstərir.

“Qarabağ Vyana”ya Azərbaycanda olan böyük marağı nəzərə alaraq klub yaxınlarda Bakıda fan-klub açmağı planlaşdırır.

Həmin kateqoriyadan