Azərbaycan futzalçıları Albaniyanı yığmasını darmadağın edib

Bu gün futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyununda millimiz Albaniya yığmasını 5:0 hesabı ilə üstələyib.

Allsport.az saytı xəbər verir ki, bizdən qollarını Kardosa Everton, Eduardo Mello Borges, Oliviera Villiams De Naskimento, Namiq Məmmədkərimov və Xətai Bağırov vurublar.

Komandamız son görüşünü aprelin 11-də, saat 20.00-da Bakı İdman Sarayında Macarıstana qarşı keçirəcək. Yığmamızın hesabında 6 xal var və qrupda liderdir.

Həmin kateqoriyadan