“Azərbaycan gimnastika üzrə yarışları dünyada hamıdan yaxşı təşkil edir”

“Azərbaycan gimnastika üzrə yarışları dünyada hamıdan yaxşı təşkil edir”. Allsport.az xəbər verir ki, bunu “Trend”ə Bakı Gimnastika Məktəbinin direktoru, batut və tamblinq üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi Adil Hüseynzadə deyib.

Onun sözlərinə görə, çempionat gözəl təşkil edilib: “Bir çox ölkələrdə yarışlarda olmuşam və əminliklə deyə bilərəm ki, turniri dünyada ən yaxşı Azərbaycan təşkil edir. Burada bizim Gimnastika Federasiyamızın xidmətlərini xüsusi qeyd etmək lazımdır”.

Hüseynzadə qeyd edib ki, gimnastların çempionatda əsas vəzifəsi medallar qazanmaqdır: “Azərbaycanlı idmançılardan bütün növ proqramlar üzrə çox böyük gözlənti var. Əminəm ki, onlar medallar uğrunda mübarizə aparacaqlar. Əvvəllər yalnız bədii gimnastikada güclü mövqelərimiz var idi, lakin hazırda bütün növlər üzrə mükafatlara ümid edirik. Gimnastlarımız Oleq Stepko və Pyotr Paxnyuk hazırda əla formadadırlar və I Avropa Oyunlarında onlardan medallar gözləmək olar”.

Məktəb direktoru əlavə edib ki, Bakıdakı Mili Gimnastika Arenasının tribunalarında bir çox gənc tamaşaçı və gimnast var: “Bakı Gimnastika Məktəbinin bütün heyəti idmançılarımıza azarkeşlik etmək üçün bura gəlib. Tribunada belə çox sayda gənc tamaşaçı və gimnastların olması sevindiricidir”.

Həmin kateqoriyadan