Bədii gimnastlarımız Estoniyada 12 medal qazanıb

Estoniyanın Tartu şəhərində yekunlaşan bədii gimnastika üzrə “Miss Valentine” beynəlxalq turnirdə millimiz 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, 4 çıxışın nəticəsinə əsasən, yeniyetmə gimnastımız Jalə Piriyeva 4 qızıl medal qazanıb.

Əsas komandada Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıla sahib çıxıb. Bundan əlavə o, ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş medal, həmçinin lent və top ilə hərəkətlərdə isə 2 bürünc medal qazanıb. Ustalardan ibarət qrup hərəkətlərində komandamız 3 gümüş medala yiyələnib.

Moskvada “Qran-pri” yarışlarında çıxış edən G.Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşıb, həmçinin top və lent ilə yarışlarda finala çıxmağa müvəffəq olub. Onunla paralel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova 7-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan