Azərbaycan gimnastları iki beynəlxalq yarışdan üç medalla qayıdıblar

Azərbaycan gimnastları Polşada və Qazaxıstanda keçirilən beynəlxalq turnirlərdə bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar. Allsport.az xəbər verir ki, bədii gimnastika üzrə Polşada keçirilən turnirdə yeniyetmə idmançımız Jalə Piriyeva çoxnövçülükdə fəxri kürsünün ilk pilləsinə yüksəlib.

Gümüş medalı isə yeniyetmələrdən ibarət qrup komandamız əldə edib. Gimnastlarımızın pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının müşayiəti ilə 5 topla çıxışı alqışlarla qarşılanıb.Astanada isə Aliyə Yusupovanın mükafatı uğrunda hər il keçirilən turnirdə ölkəmizi Gülsüm Şəfizadə təmsil edib. Gimnastımız çoxnövçülükdə bürünc medal qazanaraq fəxri kürsüdə yer alıb.

Həmin kateqoriyadan