Azərbaycan gimnastları Mixail Voronin kuboku turnirində iştirak ediblər

Moskvada “Olimpiyskiy” Kompleksdə idman gimnastikası üzrə Mixail Voronin kuboku turniri keçirilib. Allsport.az xəbər verir ki, yarışa 23 ölkənin idmançıları qatılıb.

Qadınların yarışında Azərbaycanı “Bakı-2015” ilk Avropa Oyunlarının iştirakçıları Yuliya İnşina və Kristina Pravdina təmsil ediblər.

Onlar arasında ən yaxşı nəticəni Yuliya İnşina göstərib. Azərbaycan təmsilçisi gimnastika tiri üzərində hərəkətlərdə beşinci yerə sahib olub.

Həmin kateqoriyadan