Azərbaycan Güləş Məktəbinin yetirməsinin şərəfinə Rusiyada beynəlxalq yarış

16-17 fevralda Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Güləş Məktəbinin yetirməsi Heydər Məmmədəliyevin şərəfinə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yubiley yarışında pul mükafatı da ayrılıb.

Məqsəd Rusiyadan olimpiya mükafatçısı (2004) və dünya çempionu (2002) olmuş həmyerlimizi layiqincə dəyər vermək, Sverdlovsk vilayətində bu yaş qrupunda inkişafa və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaqdır.

Həmin kateqoriyadan