Azərbaycan Gürcüstana bu dəfə 5 cavabsız qol vurdu

Bu gün “Bakı”nın Təlim-Məşq Bazasında 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında növbəti yoxlama oyunu keçirilib. Allsport.az xəbər verir ki, qarşılaşma 5:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Nigar Cəlillinin het-trik etdiyi oyunda hərəyə 1 dəfə Aysun Əliyeva və Yaiza Relea fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında iki gün öncə keçirilmiş ilk oyunda da millimiz 2:0 hesabıyla üstün olmuşdu.

Həmin kateqoriyadan