Azərbaycan ilk oyunda Uelsi darmadağın etdi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. Allsport.az xəbər verir ki, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb.

Yaiza Releanın dubl etdiyi oyunda komandamızın digər qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurub.

Yığmamız növbəti oyununu sentyabrın 17-də saat 20:00-da Belçika millisinə qarşı keçirəcək.

Həmin kateqoriyadan