Azərbaycan İtaliya və Çex Respublikası ilə bir qrupa düşdü

Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib. Allsport.az xəbər verir ki, bu gün Serbiyanın Belqrad şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İtaliya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacağı bəlli olub.

Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2016-cı il fevralı 2-dən 13-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək.

Həmin kateqoriyadan