“Azərbaycan kəlağayısı və Qarabağ atları” İstanbul seyrçilərini valeh edib

İstanbulda ənənəvi etnospor mədəniyyətfFestivalına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 16 ölkənin qatıldığı tədbirdə ölkəmizi dövlət sərhəd xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı 50 nəfərlik heyət ilə təmsil edib. 4 gün ərzində tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə 1 milyondan artıq insan izləyib.

“Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya Azərbaycan kəlağayısının ecazkar gözəlliyini, milli-mədəni sərvətlərimiz sayılan və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atlarının bənzərsizliyini ifadə etməklə tamaşaçıların böyük marağına səbəb olmuş və xüsusi zövqlə izlənilmişdir.

Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə cumhuriyyətinin vitse-prezidenti cənab Fuad Oqtay təqdim edib.

Həmin kateqoriyadan