Azərbaycan karatesi Yaponiya televiziyasının diqqətində

Azərbaycanın mədəniyyət və turizm sahəsinə aid film hazırlamaq üçün bir neçə günlük Bakıya gələn Yaponiyanın Mainichi Tv televiziyası, səfər proqramında karate üzrə milli komandamıza da xüsusi yer ayırıb. Allsport.az saytı az.karate.az-a istinadən xəbər verir ki, “gündoğar ölkə”nin məhşur telekanalının nümayəndələri ssenariyə daxil etdikləri bu hissəni Azərbaycan karatesinin dünya miqyaslı şöhrəti ilə əlaqələndiriblər.

Mainichi Tv-nin xüsusi çəkiliş qurupu milli komandamızın təlim-məşq bazasında idmançılarımızın hazırlığını lentə alıb, baş məşqçi və komandanın liderlərindən müsahibələr götürüblər.

Yaponiyalı qonaqlar Azərbaycan karatesinin böyük uğurlarından onların ölkəsində də məlumatlı olduqlarını bildiriblər və filmin bir hissəsinin məhz karatedən bəhs etməsinin ayrıca effekt verəcəyinə inandıqlarını deyiblər. Film sentyabrda Yaponiya ekanlarına çıxarılacaq.

Həmin kateqoriyadan