Azərbaycan klubları üçün yeni fürsət – UEL2 liqası

UEFA icraiyyə komitəsi 2021-2024-cü illər üçün yeni klublararası yarış keçirəcək. Allsport.az saytı xəbər verir ki, UEL2 adlanan yeni turnir çempionlar və Avropa liqalarından fərqlənməyəcək. Qrupda 32 komanda mübarizə aparacaq.

Onlar hər birində 4 olmaqla, 8 yerə bölünəcəklər. Sonra 1/8 final, 1/4 final, 1/2 final və final olacaq. 1/8 final öncəsi əlavə pley-off matçları keçiriləcək. Həmin oyunlarda UEL2 qruplarında 2-ci yeri tutmuş klublarla Avropa liqasının qrup mərhələsini 3-cü pillədə başa vuran kollektivlər qarşılaşacaqlar.

Yeni turnirdə avroliqada olduğu kimi, 15 oyun günü ərzində 141 qarşılaşmanın keçirilməsi nəzərdə tutulur. UEL2-nin qalibi növbəti mövsümün Avropa liqasına vəsiqə qazanacaq. Oyunlar həftənin 4-cü günləri keçiriləcək. Beləliklə, çempionlar liqasının görüşləri 2-3-cü, Avropa liqası və yeni turnirin matçları 4-cü günlər olacaq. Bütün klub turnirlərinin final oyunları eyni həftədə – çərşənbə (yeni turnir), cümə axşamı (Avropa liqası) və şənbə (çempionlar liqası) günləri keçiriləcək.

Yeni turnir qrup mərhələsində azı 34 (hazırda minimum 26-dı) milli assosiasiyanın avrokuboklarda təmsil olunmasını təmin edəcək və bütün ölkələrin klublarına açıq olacaq. Bütün assosiasiyalar indiki say kvotalarını saxlayacaqlar.

2021-2024 tsiklində Avropa liqası formatı yeni turnirin formatına uyğunlaşdırılacaq. 1/8 final öncəsi əlavə pley-off raundu tətbiq olunacaq. Burada Avropa liqası qruplarının 2-ci yer sahibləri ilə çempionlar liqası qruplarının 3-cüləri qarşılaşacaqlar. Çempionlar liqası formatı və seçim sxemi dəyişikliyə məruz qalmayacaq.

Həmin kateqoriyadan