“Azərbaycan kubokun oyunlarını da CBC yayımlayacaq”

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan kubokunun cari mövsümünün püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə yanaşı,  iştirakçı klub nümayəndələri və jurnalistlər iştirak ediblər. Toplantıdan sonra PFL rəhbəri KİV nümayəndələrinin suallarını cavablanıb. Kubok sponsorluğu yayımı ilə bağlı suala o, belə cavab verib:

“Bu il kubok üçün sponsor axtarmadıq. Kubokun oyunlarını da CBC yayımlayacaq. Çünki bu kanalın yayımından həm azarkeşlər, həm klub nümayəndələri, ümumilikdə futbol ictimaiyyəti razıdır. İnşallah, 1-ci divizion oyunlarının da yayımına ümid edirik. Bizim çempionat, futbolçuların oyunu heç də zəif deyil. Sadəcə, bunu göstərmək lazım idi. CBC telekanalının yayımından sonra buna bir daha şahid olduq”.

Həmin kateqoriyadan