Azərbaycan Kubokunda 1/4 finalın altı iştirakçısı bəlli oldu

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə altı görüş baş tutub.

1/8 final mərhələsi Tovuz və Neftçaladakı oyunlarla start götürüb. Tovuzda yerli “Turan Tovuz” elita təmsilçisi “İnter”i, Neftçalada isə şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. “İnter” Tovuzdakı matçda cütün taleyini elə ilk yarıdaca həll edərək, 1/4 finala yüksəlib. Neftçaladakı oyunda isə uzun müddət qapılara qol vurulmayıb. Qonaqlar yalnız son dəqiqələrdə vurulan yeganə qol sayəsində mərhələ adlayıblar və ilk iki oyunda sürpriz nəticə qedə alınmayıb.

Daha sonra iki Premyer Liqa klubu – AZAL ilə “Zirə” qarşılaşıb. Bu oyunda da qələbəni qonaq komanda bayram edib. Zirəlilər ilk dəfə ölkə kubokunun 1/4 finalında oynamaq şansı qazanıblar.

“Xəzər Lənkəran”la “Kəpəz”in də duelinə böyük maraq vardı. Nə qədər gözlənilməz olsa da, bu görüşdə maddi və heyətlə bağlı çətinliklərdən əziyyət çəkən lənkəranlılar minimal hesablı qələbə sayəsində Gəncə təmsilçisini mübarizədən kənarlaşdırmağı bacarıblar.

Azərbaycan çempionatlarının daimi iştirakçıları olan “Qarabağ”la “Neftçi”ni də birinci divizion klubları ilə qarşılaşıb. Ağdam klubu “Şəmkir”i, paytaxt təmsilçisi isə “Qaradağ Lökbatan”ı qəbul edib. “Neftçi” 8, “Qarabağ” isə 2 cavabsız qolla qalib gələrək, 1/4 finala yüksəlib.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr (çərşənbə)

“Turan Tovuz” – “İnter” – 1:3 (1:3)
Qollar: S.Bağırov, 5-öz qapısına (0:1). A.Məmmədov, 15 (1:1). L.Kasradze, 24 (1:2). A.Hüseynov, 27 (1:3).
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Sərxan İsmayılov.
Tovuz şəhər stadionu.

“Turan Tovuz”: 12. Natiq Səhrətov, 5. Azər Məmmədov, 6. Sənan Qocayev, 7. Hafiz Əliyev (k), 8. Seymur Tağıyev, 10. Asəf Qədiri, 17. Aqşin Sadıqov, 20. Səbayel Bağırov, 21. Vüsal Qarayev, 22. Tuqay Alhüseynli, 29. Elsevər Əliyev.
Ehtiyat oyunçular: 1. Mehman Hacıyev, 2. Elxan Alışanlı, 9. Akif Tağıyev, 11. İlkin Rzayev, 15. Fizuli Ocaqverdiyev, 16. Eyvaz Mərdanov, 28. Tapdıq Əliyev.
Baş məşqçi: Nizami Sadıqov.
“İnter”: 79. Georgi Lomaya (k), 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 9. Limam Seydi, 10. Elnur Abdullayev, 17. Mirsahib Abbasov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Emilian Vila, 88. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 12. Ruslan Əmircanov, 15. Stepan Polyak, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 39. Elnur Süleymanov, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.

“Neftçala” – “Sumqayıt” – 0:1 (0:0)
Qol: P.F.Azad, 89 (0:1).
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Nahid Əliyev, Xəlil Xəlilov.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.

“Neftçala”: 90. Ramil Kərimov, 5. Musa Rəhimov, 7. Nakim Vəliyev (k), 9. Fərmayıl Əliyev, 10. Aqşin Həşimov, 15. Aslan Hüseynov, 17. Vaquf Güləliyev, 21. David Janelidze, 38. Mübarək Şaquliyev, 45. Mehman Məmmədov, 99. Cəmil Rəhimli.
Ehtiyat oyunçular: 13. Əli Həsənli, 4. Ramazan Həsənov, 6. Fərid Səmədzadə, 8. Aqşin Muxtaroğlu, 11. Anar Babayev, 24. Elnur Mustafazadə, 77. Emin Mirzəliyev.
Baş məşqçi: Kamal Quliyev.
“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Mikayıl Rəhimov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov (k), 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 7. Pərdis Fərcad-Azad, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 22. Tofiq Mikayılov, 23. Tural Rzayev, 99. Əli Əlimərdanlı.
Məşqçi: Vəfadar Quliyev.

AzAL – “Zirə” – 1:2 (0:1)
Qolllar: N.Bonilya, 30 (0:1). N.Bonilya, 87 (0:2). A.Quruli, 90+2 (1:2).
Qırmızı vərəqə: E.Cəfərquliyev, 60.
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Fərid Məmmədov.
Bakı. “AzAL Arena”.

AzAL: 1. Amil Ağacanov, 3. Tural Hümbətov, 15. Rüfət Musayev, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 6. Tagim Novruzov, 22. Kamal Mirzəyev, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 28. Müşfiq Teymurov, 19. Məhəmməd Bədəlbəyli.
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 9. Aydın Qasımov, 33. Əfqan Poladlı, 51. Fuad Bayramov, 14. İlqar Ələkbərov, 27. Aleksandr Quruli, 20. İsmayıl İbrahimli.
Baş məşqçi: Tərlan Əhmədov.
“Zirə”: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 13. Aleksandr Şemonayev, 77. Ruslan Poladov, 8. Tərzin Cahangirov, 6. Hacı Əhmədov, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k), 66. Eduardo Makiel, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 11. Viktor İqbekoyi, 19. Nurlan Novruzov, 7. Rihayro, 4. Ruslan Cəfərov, 96. Elgün Nəbiyev, 14. Tellur Mütəllimov.
Baş məşqçi: Adil Şükürov.

“Xəzər Lənkəran” – “Kəpəz” – 1:0 (1:0)
Qol: K.Abdullazadə, 14 (1:0).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mehman Mahmudov, Etibar Həsənov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 5. Fərid Əsədov, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 41. Hüseyn Xəlilzadə, 77. Əli Əliyev, 79. Namiq Qocayev.
Baş məşqçi: Yunis Hüseynov.
“Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 3. Tərlan Quliyev, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 68. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 19. Aleksandr Sitnik.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 90. Julien Ebah, 7. Junior Osvaldo, 8. Budaq Nəsirov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 4. Elvin Cəbrayıllı.
Baş məşqçi: Şahin Diniyev.

“Neftçi” – “Qaradağ-Lökbatan” – 8:0 (5:0)
Qollar: Kaue, 5 (1:0). R.Hacıyev, 19 (2:0). E.Abdullayev, 32 (3:0). R.Qurbanov, 34 (4:0). C.İmamverdiyev, 36 (5:0). R.Qurbanov, 52 (6:0). E.Abdullayev, 62 (7:0). M.Qurbanov, 84 (8:0).
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Rahil Ramazanov, Əmrah İbrahimov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 24. Mixal Peskoviç, 4. Rahil Məmmədov, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 26. Kamal Qurbanov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 19. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 14. Məhəmməd Qurbanov, 16. Əziz Quliyev, 7. Araz Abdullayev, 3. Filyo Jayro Rodriqes.
Baş məşqçi: Əsgər Abdullayev.
“Qaradağ Lökbatan”: 28. Elçin Qasımov, 5. Vüsal İsmayılov (k), 15. Ramil Nuriyev, 20. Elmir Məmmədov, 27. Samir Əhmədov, 55. Tanrıverdi Məhərrəmli, 8. Emin Mustafayev, 4. Elxan Cəbrayılov, 9. Aslan Hüseynov, 10. Timur Dadaşov, 19. Rüfət Məmmədov.
Ehtiyat oyunçular: 25. Ravil Məhəmmədov, 7. Anar Həsənov, 29. Cavid Muxtarzadə, 77. Eşqin Quliyev, 21. Əliqulu Mənəfov, 14. Elgiz Kərəmli, 30. Yasin Yaqubzadə.
Məşqçi: Araz Əliyev.

“Qarabağ” – “Şəmkir” – 2:0 (0:0)
Qollar: C.Tağıyev, 72 (1:0). S.Armenteros, 83 (2:0).
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Azər Əsgərov, Alik Yunusov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

“Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 10. Dani Kintana, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 77. Cavid Tağıyev, 23. Vladimir Dmitrovski, 32. Elvin Yunuszadə, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon, 33. Eltun Turabov, 70. Çumbinyo, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
“Şəmkir”: 1. Şamo Həsənov, 4. Orxan Məmmədov, 3. Elnur Şiriyev, 32. Viqar Əlibabayev, 22. Cavid Mirzəyev, 25. Qərib İbrahimov (k), 10. Qeyrət Qənbərov, 23. Sərxan Ağayev, 7. Bəhruz Teymurov, 55. Əziz Hüseynov, 11. İlham Allahverdiyev.
Ehtiyat oyunçular: 12. Nicat Mahmudov, 17. Elmin İsmayılov, 20. Elsevər Bəkirzadə, 57. Anar Rzayev, 14. Vüqar İbrahimov, 15. Şahin Kərimov, 5. Elmin Həsənov.
Baş məşqçi: Kamran Əlibabayev.

Sabah daha iki görüş baş tutacaq: (17:00. “Qəbələ” – “Mil-Muğan”, 20:00. “Rəvan” – “Bakı”).

Həmin kateqoriyadan