Azərbaycan Kubokunda 2-ci dəfə

Azərbaycan Kuboku uğrunda yarışda yarımfinal mərhələsinə yekun vuruldu. Allsport.az xəbər verir ki, ötən gün keçirilən oyunlardan sonra finalçılar müəyyənləşdi.

İlk oyunda Bakıda rəqibini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” çətin Zaqatala səfərində sərfəli heç-heçəyə imza atdı – 0:0.

Yarımfinalın digər cavab oyununda isə “Neftçi” iki oyunun nəticəsinə görə “İnter”i üstələdi. İlk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündə 1:2 məğlub olmasına baxmayaraq, finala adladı.

Beləliklə, Azərbaycan Kubokunun finalında bütün çempionatlarımızda iştirak edən iki komanda “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.

Məlumat üçün deyək ki, bu iki komanda Azərbaycan Kubokunun finalında indiyə qədər 1 dəfə qarşılaşıblar. 15.05.1996 tarixdə keçirilən oyun “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Vidadi Rzayevin bir dəfə fərqləndiyi oyunda Yunis Hüseynov dubulla yadda qalıb.

Həmin kateqoriyadan