Azərbaycan medal sayında Avropa Oyunlarında 2-ci yerini qoruyur

1-ci Avropa Oyunlarında 8 yarış günü geridə qalıb. Allsport.az saytı xəbər verir ki, hazırda Azərbaycan olimpiyaçılarının hesabında 30 medal var və komandamız 13 qızıl, 5 gümüş və 12 bürünc medalla Bakı-2015-də 2-ci sırada yerini qoruyur.

Ən yaxın izləyicimiz Macarıstan bizdən xeyli geri qalır. Boks yarışı, eləcə də qarşı günlərdə start götürəcək cüdo və samboda da ən yüksək əyarlı mükafatlar qazanmaq ehtinalımız var.

İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir: Rusiya – 49 (27-12-10), Azərbaycan – 30 (13-5-12), Macarıstan – 14 (7-2-5), Almaniya – 21 (6-7-8), Belarus – 22 (6-4-12), Serbiya – 9 (5-4-0), Türkiyə – 21 (5-3-13), Böyük Britaniya – 10 (4-2-4), Ukrayna – 20 (3-6-11), İspaniya – 14 (3-6-5).

Həmin kateqoriyadan