Azərbaycan milli komandası Bəhreyn üzərində darmadağına sevindi

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə ikinci matçını keçirib. Allsport.az xəbər verir ki, komandamız bu dəfə Bəhreyn millisi ilə qarşılaşıb.

Oyun Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb – 4:0. Yığmamızın qollarını Sevinc Cəfərzadə, Natalya Rodelqo və dubla imza atan Yayza Relea vurub.

Qeyd edək ki, qızlarımızı martın 15-də Kiprlə oyun gözləyir. İlk oyununda isə komandamız Maltaya 1:2 hesabıyla uduzmuşdu.

Həmin kateqoriyadan