Azərbaycan millisi bərabərliyi qoruya bilmədi

Avro-2016-nın seçmə mərhələsində Palermo şəhərinin “Renzo Barbero” stadionunda “H” qrupunda  yer alan İtaliya və Azərbaycan milli komandaları qarşılaşıb.

 

Allsport.az saytı xəbər verir ki, meydan sahibinin 2:1 hesabı ilə xeyrinə başa çatan oyunda hər 3 qolu Corcio Kyellini vurub.

 

O, əvvəlcə 44-cü dəqiqədə tarazlığı pozub. 76-cı dəqiqədə “ay-ulduzlular”ımızın yerinə yetirdiyi künc zərbəsindən sonra, italiyalı müdafiəçi topu öz qapısından keçirib.

 

Avtoqoldan 6 dəqiqə keçmiş, bir dəfə də fərqlənən Kyellini, komandasını qələbə topunu vurub.

 

Qrupumuzda digər görüşlərdə Xorvatiya seçməsi səfərdə Bolqarıstanı 1:0,  Norveç millisi Maltanı 3:0 hesabları ilə məğlub edib.

Həmin kateqoriyadan