Azərbaycan millisi Belarusa ilk oyunda uduzdu

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, millimiz Belarus yığması ilə qarşılaşıb.

Qarşılaşma 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da bu komandalar arasında daha bir yoxlama oyunu keçiriləcək.

Həmin kateqoriyadan