Azərbaycan millisi dünya çempionatının 1/8 finalına çıxıb

Kolumbiyada futzalçıların dünya çempionatının final mərhələsində Azərbaycan millisi qrupda 3-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yığmamız Medellin şəhərinin “Coliseo Ivan de Bedout” idman kompleksində iranlı həmkarları ilə görüşüb.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalib müəyyənləşməyib – 3:3.  Xatırladaq ki, komandamız ilk oyunda Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, İspaniyaya isə 2:4 hesabı ilə uduzub. Millimiz 1/8 finala çıxıb, orda Tailanl kollektivi üz-üzə gələcək.

Yarış cədvəli: İspaniya – 9 xal, Azərbaycan, İran – 4, Mərakeş – 0.

 

Həmin kateqoriyadan