Azərbaycan millisi polo üzrə Avropa çempionatında ilk qələbəsini qazanıb

Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda polo üzrə Avropa çempionatına start verilib. Allsport.az xəbər verir ki, yarışın ilk turunda Azərbaycan seçmə komandası Almaniya idmançıları ilə qarşılaşıb.

Görüş həmyerlilərimizin 9:7 hesablı qələbəsi ilə başa çatıb. Ardınca meydana İspaniya və İtaliya komandaları çıxıblar. Qarşılaşmada İspaniya kollektivi İtaliyanları 10:4 hesabı ilə məğlub edib. İlk yarış günününü son görüşündə isə İsveçrə seçməsi İrlandiya millisini 9:6 hesabı ilə udub.

Sabah – sentyabrın 5-də Avropa çempionatının ikinci günü keçiriləcək ilk oyunda meydana Azərbaycan və İtaliya komandaları çıxacaqlar. Görüş saat 17:00-da başlayacaq. Saat 18:00-da İsveçrə – İspaniya, 19:15-də isə İrlandiya – Almaniya qarşılaşmaları keçiriləcək.

Həmin kateqoriyadan