Azərbaycan millisi qələbə ilə başladı

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 4-cü qrupunun ilk turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən ilk görüşdə Ukrayna və Danimarka üz-üzə gəlib. Ukraynalılar darmadağınla qalib gəliblər.

Günün digər oyununda isə Azərbaycan millisi Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Komandamız seçmə mərhələyə qələbə ilə başlayıb.

Azərbaycan – Belçika – 3:1
Qollar: Eduardu, 1 (1:0), Auqusto, 17 (2:0), Fineo, 19 (3:0), Dyujakye, 38 (3:1).

Azərbaycan: Layersio Buranello, Rizvan Fərzəliyev, Amadeu, Auqusto Sezar, Eduardu Mello – Vitali Borisov, Rafael Durval, Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Fineo, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov.

Ukrayna – Danimarka – 5:2
Qollar: Beloçerkoveç, 5 (1:0), 9 (3:0), Sorokin, 5 (2:0), Ovsyannikov, 10 (4:0), 11 (5:0), Luxt, 14 (5:1), Yorgensen, 38 (5:2).

Həmin kateqoriyadan