Azərbaycan millisi Rusiya üzərində darmadağına sevindi

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız bu tsikldəki yeddinci oyununda Rusiyanı qəbul edib.

Qeyd edək ki, yalnız ilk turda səfərdə Farer adalarına 1:0 hesabıyla qalib gəldikdən sonra futbolçularımız Avstriyaya (evdə 0:2, səfərdə 0:7), Almaniyaya (evdə 0:3, səfərdə 1:3) və Finlandiyaya (evdə 0:1) uduzmuşdu. Bu üzdən də komandamız uğursuz gedişata son qoymaq üçün Rusiyaya mütləq qalib gəlməliydi.

Rusiya da bu seçmə mərhələdə uğurlu çıxış etmirdi. Şimal qonşularımız  Finlandiya (0:2) və Avstriyaya (3:4) məğlub olsa da, yalnız bir neçə gün öncə Farer adalarına doğma meydanda qalib gəlmişdilər – 2:0. Amma onlar yığmamızla görüşdə növbəti dəfə uğursuzluqla üzləşiblər. Yaşar Vahabzadənin çalışdırdığı komandamız rəqibini 3 cavabsız qolla məğlub edərək, xallarının sayını 6-ya çıxarıb.

Bu gün millimizin qrupunda daha bir görüş keçiriləcək. Liderlər Almaniya və Avstriya yığmaları zirvənin tək sahibini müəyyənləşdirməyə çalışacaqlar.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup

17 noyabr

Azərbaycan – Rusiya – 3:0 (2:0)
Qollar: K.Benke, 11 (1:0). K.Benke, 39 (2:0). E.Abdullayev, 69-pen. (3:0).
Sarı vərəqə: N.Çernov, 51. D.Barinov, 60. Ş.Məhəmmədəliyev, 82.
Baş hakim: Eytan Şmulevits (İsrail).
Bakı. “Bayıl Arena”.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 19. Məqsəd İsayev (18. Fuad Bayramov, 90), 20. Azər Salahlı (k), 7. İltər Taşkın, 8. Elşən Abdullayev, 16. Elvin Camalov, 10. Elnur Cəfərov (17. Abbas Hüseynov, 63), 11. Kərəm Benke (9. Fəhmin Muradbəyli, 82).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 14. Nicat Muxtarov, 21. Tellur Mütəllimov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Rusiya: 1. Anton Mitryuşkin, 2. Vyaçeslav Karavayev, 3. Nikita Çernov, 4. Camaldin Hocaniyazov, 19. Sergey Makarov, 6. Dmitri Barinov, 8. Aleksandr Qolovin, 10. Aleksey Mirançuk (7. Aleksey Qasilin, 46), 11. Aleksandr Taşayev (21. Konstantin Saviçev, 58), 17. Yevgeni Kirisov, 9. Ramil Şeydayev (20. Andrey Panyukov, 65).
Ehtiyat oyunçular: 22. İqor Obuxov, 15. Aleksandr Kleşenko, 13. Vladislav Levin, 18. İqor Konovalov.
Baş məşqçi: Dmitri Xomuxa.

7-ci qrupdakı indiki durum: Almaniya (4 oyun), Avstriya (4) – 12 xal, Finlandiya (5) – 9, Azərbaycan (7) – 6, Rusiya (4) – 3, Farer adaları (4) – 0 xal.

Həmin kateqoriyadan