Azərbaycan millisi Türkiyə ilə oyunda qələbəyə sevindi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunan Avro Liqanın Super Final mərhələsində mübarizə aparır. Allsport.az xəbər verir ki, millimiz bu gün qrupdakı son matçını keçirib.

Komandamız bu dəfə Türkiyə ilə qarşılaşıb. Əvvəlki iki oyunda olduğu kimi, millimizin bu dəfəki matçı da əlavə vaxta gedib. 4:4 hesabıyla bitən görüşdə qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan futbolçularımız qalib gəliblər. Yığmamızın heyətində Comərd Baxşəliyev, Amid Nəzərov, Sabir Allahquliyev və Asif Zeynalov fərqlənib.

Xatırladaq ki, Azərbaycan əvvəlki oyunlarında Rumıniya (5:6) və Çexiyaya (4:5) məğlub olmuşdu.

Həmin kateqoriyadan