Azərbaycan millisi VII Fəzzə qran-pri turnirində daha bir medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən paralimpiyaçılar arasında atletika üzrə VII Fəzzə qran-pri turnirində Azərbaycan millisi daha bir medal qazanıb. Allsport.az xəbər verir ki, növbəti medalı yığmamıza Oluxan Musayev qazandırıb. O, diskatma yarışlarında gümüş medala sahib olub.

Qeyd edək ki, turnirin əvvəlki günlərində uzunluğa tullanma yarışlarında bütün rəqiblərini qabaqlayan Hüseyn Həsənov turnirin qızıl medalına sahib olub. Diskatma turnirində Samir Nəbiyev gümüş, kürəatma yarışlarında isə Solmaz Səfərova bürünc medal qazanıblar.

Həmin kateqoriyadan