Azərbaycan millisinin Avropa çempionatında ardıcıl 3-cü qələbəsi

Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki,yarışın 3-cü günü Azərbaycan millisi irlandiyalı həmkarları ilə qarşılaşıb. Görüş seçməmizin 7:4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ardıcıl 3-cü qələbədən sonra xallarınını sayını 6-ya çatdıraraq turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün digər görüşündə ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxıblar. Oyun İsveçrə təmsilçilərinin aşkar üstünlüyü şəraitində başa çatıb 11-1. Ardınca Almaniya seçməsi İspaniya komandasını sınağa çəkib. Görüş Almaniyalı polo ustalarının 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra polo üzrə Avropa çempionatında 3 günlük fasilə yaranıb.

Yarışın növbəti mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Sentyabrın 10-u ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00 –da başlayacaq. Saat 18:00 –da isə İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15 -ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

Həmin kateqoriyadan