Azərbaycan mükafat yarışına bilet satışı davam edir

Formula1 Azərbaycan qran-prisinə bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, 4-günlük biletlərin qiyməti tribunadan asılı olaraq, 250-690 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymətlərə təklif olunur. Bundan başqa, 27-29 apreldə yaış üçün ayaqüstü zonalara 1-günlük biletlər də satışdadır. Qiymət günlərdən asılı olaraq 60-150 manat təşkil edir.

Həmçinin alıcılara həm dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertlərində, həm də məşhur DJ-lərin çıxış edəcəyi gecə əyləncə proqramlarında “Qızıl dairə”də olmaq imkanı verilir. Bunun üçün tamaşaçılar aldıqları biletə ya gündəlik əlavə 80, ya da bir dəfəyə üç gün üçün cəmi 200 manat ödəniş etməlidirlər.

Bilet sahibləri trekdə yarışla yanaşı, Dənizkənarı Milli Park boyunca uzanan əyləncə zonasında olan bütün tədbirlərdə iştirak edə, həftəsonunun hər axşamı “Büllur” Sarayda keçiriləcək konsert və əyləncə proqramlarına Bakı Şəhər Halqası əməliyyat şirkətinin Azneft dairəsindən təşkil edəcəyi xüsusi avtobuslarla rahat gedib-gələ biləcəklər.

Həmin kateqoriyadan