Azərbaycan mükafat yarışında 71 min 541 azarkeş iştirak edib

Azərbaycan qran-prisi üçün yarış məkanına böyükdən kiçiyə 71 min 541 azarkeş gəlib. Allsport.az saytı xəbər verir ki, formula1-in ən yeni məkanı olan Bakı Şəhər Halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu dəfə 30% çox tamaşaçı qatılıb.

Bundan əlavə, yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən 2 dəfə artıq avtoidman azarkeşi gəlib. Ümumilikdə, 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışına şahid olublar. Xaricdən gələn formula1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib.

 

Həmin kateqoriyadan