Azərbaycan mükafat yarışında start düzülüşü

Formula1 Azərbaycan qran-prisinin sıralanma turu başa çatdı. Allsport.az saytı xəbər verir ki, yürüşdə hər biri 2 sürücüsü olan 10 komanda mübarizə apardı. İştirakçılar 1 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində çıxış etdilər. Sıralanma turunun nəticəsinə əsasən, sabahn start düzülüşü müəyyənləşidi:

1. Sebastian Fettel, “Ferrari”;
2. Lüis Həmilton, “Mercedes”;
3. Valtteri Bottas, “Mercedes”;
4. Daniel Rikkardo, “Red Bull Racing”;
5. Maks Ferstappen, “Red Bull Racing”;
6. Kimi Rəykkönnen, “Ferrari”;
7. Esteban Okon, “Fors İndia”;
8. Serxio Peres, “Fors İndia”;
9. Niko Hülkenberq, “Renault”;
10. Karlos Sayns, “Renault”;

11. Ləns Stroll, “Uillyams”;
12. Sergey Sirotkin, “Uillyams”;
13. Fernando Alonso, “Maklaren”;
14. Çarlz Lekler, “Sauber”;
15. Kevin Maqnussen, “Haas”;
16. Stoffel Vandurn, “Maklaren”;
17. Pyer Qasli, “Toro Rosso”;
18. Markus Eriksson, “Sauber”;
19. Brendon Hartli, “Toro Rosso”;
20. Roman Qrojan, “Haas”.

Qeyd edək ki, “Renault” komandasının almaniyalı pilotu Niko Hülkenberq mühərrik dəyişikliyi ilə əlaqədar 5 mövqe cəzalandırılıb. O, 3-cü sərbəst yürüşdə pit-stop həyata keçirərkən komanda texniki qüsurlarla əlaqədar mühərriki dəyişməli olub. Formula 1 qaydalarına əsasən, bir mühərrik azı 6 mərhələdə istifadə olunmalıdır. Bununla əlaqədar ona cəza verilib. Beləliklə, sıralanma turunda tutduğu yerdən asılı olmayaraq, almaniyalı pilot yarışa 5 mövqe geridən başlayacaq.

Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət əsas yarışı aprelin 29-da saat 16:10-da start götürəcək.

Həmin kateqoriyadan