LAYİHƏ
Azərbaycan məşqçilərinin dünya voleybolunun inkişafında böyük əməyi

Keç­miş­də, yə­ni “ən ye­ni ta­rix” ad­la­nan XX yü­zil­li­yə, uzaq­ba­şı, XIX yü­zil­li­yin son­la­rı­na qə­dər be­lə ol­ma­yıb. O vaxt­lar döv­lət­lə­ri, xalq­la­rı dün­ya­da ta­nı­dan, şöh­rət­lən­di­rən on­la­rın hər­bi və iq­ti­sa­di qüd­rət­lə­ri, da­ha son­ra­sa, sə­na­ye in­qi­la­bın­da­kı bö­yük uğur­la­rı olub. Ro­ma im­pe­ri­ya­sı güc­lə­nib mə­də­niy­yət, de­mok­ra­ti­ya be­şi­yi, id­man, olim­pi­ya oyun­la­rı və­tə­ni Yu­na­nıs­ta­nı üs­tə­lə­yən­də, ət­raf­lar o qə­dim öl­kə­nin dü­nən­ki şöh­rət və xid­mət­lə­ri­ni “unut­du­lar”. Son­ra bar­bar­lar Ro­ma ilə o cür rəf­tar edən­də də be­lə ol­du.
Am­ma o da hə­qi­qət­dir ki, bun­lar ger­çək də­yər – qiy­mə­ti­ni ya­ra­nış­la­rın­dan xey­li, bə­zən­sə çox-çox son­ra­lar al­dıq­la­rı hal­da, id­man uğur­la­rı, re­kord­la­rı çox vaxt ta­ri­xi ba­xım­dan nis­bə­tən qı­saö­mür­lü ol­sa­lar da, dər­hal, qa­za­nıl­dıq­la­rı an­dan­ca dil­lə­rə dü­şür, sa­hib­lə­ri­nin və on­la­rın təm­sil et­dik­lə­ri öl­kə­lə­rin ad­la­rı­nı di­lə-di­şə sa­lır, məş­hur­laş­dı­rır, dün­ya­da tanıdır, ye­ri gə­lən­də, bey­nəl­xalq si­ya­sət məc­lis­lə­rin­də o döv­lə­tin baş­çı və nü­ma­yən­də­lə­ri­nin söz­lə­ri­nin çə­ki­si­nə əla­və san­bal qa­tır­lar. Ələl­xü­sus, be­lə döv­lət­lər ki­çik, hər­bi-iq­ti­sa­di ba­xım­dan zə­if ol­duq­da.

Bir hə­qi­qət, bəl­kə də, çox­la­rı­na və çox­dan mə­lum­dur. Biz­cə, keç­miş So­vet blo­ku öl­kə­lə­rin rəh­bər­lə­rin­dən isə onu ilk də­fə, özü də çox sər­rast, aş­kar şə­kil­də di­lə gə­ti­rən Hey­dər Əli­yev ol­du: “İn­di dün­ya­da öl­kə­ni, xal­qı id­man qə­dər baş­qa heç nə ta­nı­da bil­mir”.
Bəli, idmançılarımız kimi, məşqçilərimiz də Azərbaycanı dünyada layiqincə tanıdıb. Voleybol respublikamızda şöhrət tapdıqca, sədası SSRİ-yə, sonra ətrafa yayılmağa başlayıb. 1928-ci ildə Moskvada SSRİ xalqlarının 1-ci spartakiadasından sonra A.Potaşkinin rəhbərliyi ilə voleybolun vahid oyun qaydaları işlənilib hazırlandı və təsdiq edilib. 1932-ci ildə Bakıda ilk dəfə olaraq təzə qaydalara əsasən şəhər birinciliyi keçirilib. Yarışlarda «Jeldor», «Qornyak», «Kommunalnik», «Dinamo», «Moryak», AzNİ komandaları iştirak ediblər.
Bakı voleybolu 1932-ci ildən etibarən daha sürətlə inkişaf etməyə başladı. Şəhərin ilk birinciliyi məhz bu vaxt təşkil olunub. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanıblar. O vaxtdan Bakı yığmasının üzvləri Azərbaycanda və hətta SSRİ-də kifayət qədər şöhrət tapıblar.

Bir il sonra Böyük Oktyabr inqilabının 40-illiyinə həsr olunmuş SSRİ kubokunda İosif Kiblitskinin rəhbərliyi ilə kişilərdən ibarət komandamız bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Heyətdə Anatoli Makaqonov, Yaşar Abbasov, Roman Eydelman, Gennadi Rudnov, Xəyyam Zülfüqarov, Oqtay Ağayev, Həsən Ələkbərov, Tofiq Kazımov, Feliks MəmmədovFazil Rzayev kimi təcrübəli idmançılar çıxış ediblər. Adı ilk çəkilən voleybolçu 1956-cı ildə Fransada keçiriliən dünya çempionatında SSRİ millisinin heyətində bürünc medala yetişib. Elə həmin il o vaxtkı S.M.Kirov adına Azərbaycan dövlət bədən tərbiyəsi institununu bitirib. Həmyerlimizin uğurlu məşqçilik karyerası RSSFR-ə aiddir. 1976-1994-cü illərdə Çelyabinskin «Politexnik» qadın komandasına rəhbərlik edib. Bu kollektiv 1993-cü ildə ilk dəfə Rusiya kubokuna yiyələnib. 1987-ci ildə Yuqoslaviyanın Zaqreb şəhərində keçirilən tələbələrin universiadasında SSRİ yığması 2-ci yeri tutub.
Keçmiş bakılı kişi voleybolunda Çelyabinskin «Torpedo» (1999) və «Avtodor-Metar» (2008) klublarını çalışdırıb.

Digər istedadlı mütəxəssis Şamil Şamxalov 35 yaşında ikən Azərbaycanın ustalardan ibarət qadın komandasına baş məşqçi təyin edilib. Onun rəhbərliyi ilə «Neftyanik» klubu 1961-ci ildə yüksək liqaya vəsiqə qazanıb; 1966-cı ildə 3-cü, bir il sonra Azərbaycan SSRİ komandası adı ilə 2-ci olub.
Təcrübəli mütəxəssis Kubada voleybolun inkişafına da öz tövhəsinə verib. Bu gün «Azadlıq adası»nın qadın millisinin dünya voleybolunda aparıcı söz deməsi, azərbaycanlı məşqçinin qoyduğu möhkəm təməl sayəsindədir.
1960-70-ci illərdə Şamil Şamxalovun yetirməsi, İnna Rıskal ilə Vera Lantratova olimpiya oyunları, dünya və Avropa çempionatlarının qalibi olublar. Adı ilk çəkilən həmyerlimiz ötən əsrin 2-ci ən yaxşı qadın voleybolçusu adını daşıyır. O, 1963-cü ildə Rumıniyada qitənin ən güclülərinin yarışında qalib olub, çempionatda ilk dəfə iştirak edən «Gənc oyunçuların ən güclüsü» üçün təsis edilmiş mükafata yiyələnib. Bir il sonra, Tokio-1964-də SSRİ yığması gümüş medal qazanıb. İnna orada parlaq çıxışına görə «Xəzər şimşəyi» ləqəbini alıb və maraqlıdır ki, bu adı ona jurnalistlər verib. Bir il sonra həmyerlimiz Avropanın ən güclü voleybolçusu seçilib. O, qitənin ən güclülərinin yarışında 2 dəfə də baş mükafata sahib çıxıb (1967, 1971).

Böyük Oktyabr inqilabının 40-illiyinə həsr olunmuş SSRİ kubokunda qalib heyətin üzvlərindən biri Feliks Məmmədov idi. Onun məşqçilik karyerasının ilk dönəmi çox uğurlu keçib. Gənc mütəxəssis 1962-1965-ci illərdə yeniyetmə oğlanlardan ibarət yığmaya rəhbərlik edib. Komandamız məktəblilərin spartakiadasında və digər ümumittifaq yarışlarında uğurla çıxış edib.
Qadınlardan ibarət «Neftçi» klubu onun başçılığı ilə 1972-ci ildə yüksək dəstədə 3-cü yer tutub. Bu uğur müqabilində Azərbaycan SSRİ 1-ci katibi Heydər Əliyev onu mənzil və qızıl saatla mükafatlandırıb.
Həmyerlimiz 11 il Türkiyədə işləmiyib. Həmin müddət ərzində bu ölkənin ayrı-ayrı komandaları ilə çalışmışıb. Təmsil etdiyim komandalar müxtəlif yarışlarda yüksək nəticələr göstəriblər. Bu uğurlara görə dəfələrlə müxtəlif mükafatlara və fəxri diplomlara layiq görülüb.

80-ci illərdə Şamil Şamxalovun daha bir yetirməsi  – Faiq Qarayev parlayıb. O, 1984-cü ildən məşqçi fəaliyyətinə başlayıb. 1987-ci ildə onun baş məşqçilik etdiyi BMKZ (keçmiş «Neftçi») SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib. Bununla yanaşı, SSRİ gənc qızlardan ibarət yığmasının məşqçi olub, bu komanda ilə Avropa birinciliyini qazanıb, dünya çempionatına yollanıb.
1991-ci ildə Faiq Qarayev komandası sonuncu SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub. Sonra mütəxəssis ölkədə qeyri-sabit vəziyyətlə bağlı Türkiyəyə üz tutub. Qardaş ölkədə millinin idman direktoru olub. 1994-cü ildən İstanbul “Vəqfbank”ında işləyib. Baş məşqçi kimi bu klubu 1997/98-ci mövsümündə çempionlar liqasının finalına daşıyıb. Türkiyə voleybolunu Avropa miqyasına çıxaran ilk mütəxəssis məhz Faiq Qarayev olub. Komandanı qorumaq üçün Alla Həsənova (Seleznyova), Yelena Şabovta, Sveta Zaikina, Elmira Mixayılova, Nisə Quliyevanı özü ilə aparıb, ilk dəfə Türkiyə voleybolunu Avropa elitasına çıxarıb.

1997-ci il­də Azər­bay­can li­de­ri Hey­dər Əli­ye­vin səy­lə­ri ilə ar­tıq hə­ya­tın bü­tün sa­hə­lə­rin­də ol­du­ğu ki­mi, id­man­da da mü­əy­yən­ləş­di­ri­lib for­ma­laş­mış yol­la irə­li­lə­yir­di. Bu­nun­la be­lə, cə­mi bir ne­çə ilə pə­rən-pə­rən sa­lın­mış is­te­dad­la­rı to­par­la­maq, məhv həd­di­nə çat­dı­rıl­mış tə­sər­rü­fa­tı bər­pa et­mək üçün qüv­və­lə­rin sə­fər­bər edil­mə­si gə­rək idi. Am­ma iş tək bu­nun­la bit­mir­di. Döv­rün, za­ma­nın tə­ləb­lə­ri baş­qa idi. Ta­ri­xi­nin “ən ye­ni” ça­ğı­na qə­dəm qoy­muş ək­sər id­man növ­lə­rin­də bey­nəl­xalq sə­viy­yə­də təş­ki­lat­lan­ma op­ti­mal in­ki­şaf həd­di­nə çat­mış­dı. Üs­tə­lik, mü­na­si­bət­lər sis­te­mi də so­vet döv­rün­də adət et­di­yi­miz­dən fərq­li idi. Va­hid mər­kəz­dən müt­ləq qə­rar­lar­la ida­rəe­di­ci­lik müm­kün, əs­lin­də elə ar­zuo­lu­nan da de­yil­di. İlham Əliyev MOK-a rəhbər seçiləndən sonra, Azərbaycanı tərk edən məşqçiləri geri dəvət etdi. 2000-ci ildə Faiq Qarayevi Vətənə döndü. Mütəxəssis özü ilə apardığı səviyyəli oyunçuların əksəriyyətini milliyə qaytardı. FİVB və CEV-ə cərimələr ödənildi; 4-illik fasilədən sonra, 2001-ci ildən yığma və klub komandaların yenidən beynəlxalq yarışlarda çıxış etmək hüqunu bərpa olundu. Elə həmin mövsüm Alla Həsənovalı və Yelena Şabovtalı «Azərrəyl» Top-komandada mükəmməl çıxış edərək, məğlub olmadan kuboka sahib çıxdı. 2003/04 illərdə «dəmiryolçular» tarixində 1-ci dəfə çempionlar liqasının «Dördlər finalı»na yüksəldi…
Ölkəmizin tanınmış voleybol mütəxəssisi Aleksandr Çervyakov ötən mövsüm İsrailin “Makkabi” (Hayfa) klubunu çalışdırıb və premyer-liqanın gümüş medalını qazanıb.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan