Azərbaycan – Norveç görüşünə 12 mindən çox bilet satılıb

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Norveç matçına bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, artıq bu oyuna 12 mindən çox bilet satılıb.

Bu qarşılaşma Bakı olimpiya stadionunda keçiriləcək. İdman qurğusu 68 000 azarkeş tutumuna malik olduğunu nəzərə alsaq, çətin ki, bu oyunda tribunalarda anşlaq yaşansın.

Azərbaycan – Norveç matçı oktyabrın 8-də keçiriləcək və saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan