Azərbaycan nümayəndə heyəti AOK-un baş assambleyasında

23-26 oktyabrda Polşa paytaxtı Varşavada Avropa olimpiya komitəsinin 48-ci baş assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, iclasda gənclər və idman naziri Azad Rəhimov, bu qurumun icraiyyə komitəsinin üzvü, eləcə də milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və Bakı-2019 Avropa gənclər olimpiya festivalının nümayəndələri – Nikki Əfəndi, Namiq Novruzov, Tərlan Məmmədov iştirak edəcəklər.

Ayın 24-də Çingiz Hüseynzadənin iştirakı ilə AOK İK-in yığıncağında prezident Janez Koçijançiç, baş katib Rafael Paqnozzi hesabatla çıxış edəcəklər.

25 oktyabrdan etibarən baş assambleyası öz işinə başlayacaq. İclasda olimpiya oyunları, Avropa gənclər olimpiya festivalı, İdmançılar, olimpiya mədəniyyəti və irsi, olimpiya akademiyası və digər komissiyaların iclası keçiriləcək. Həmçinin, Tokio-2020 və Paris-2024 yay olimpiya oyunları, Pekin-2022 qış olimpiadası, Krakov və Malopolska-2023 Avropa oyunlarının məruzə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.

Baş assambleya çərçivəsində Bakı-2019 Avropa gənclər olimpiya festivalının hesabatı nazir Azad Rəhimov və Nikki Əfəndi tərəfindən təqdim olunacağı gözlənilir. Əlavə olaraq, 2025-ci il üçün festivalının yay və qış oyunları üçün namizəd ölkələrin adları açıqlanacaq.

Həmin kateqoriyadan