Azərbaycan nümayəndə heyəti MOKA-nın baş assambleyasında

Qətərin paytaxtı Dohada milli olimpiya komitələrinin assosiasiyasının baş assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev təmsil edəcəklər.

Yığıncaq çərçivəsində MOKA-nın audit və maliyyə, marketinq, idmançılar, beynəlxalq əlaqələr, və tibbi komissiyalarının iclasları keçiriləcək, məruzə çıxışları dinləniləcəkdir.

Həmçinin, gənclər komissiyasının və milli olimpiya komitələrinin assosiyasiyasının icraiyyə şurasının gündəliyində olan məsələlər sırasındadır. Sonda olimpiya həmrəyliyi komissiyasının iclası keçiriləcək.

Həmin kateqoriyadan