Azərbaycan olimpiadalar tarixində cəmdə qazandığı 44 medalla 58-ci yerdədir

Olimpiya oyunları tarixinin cəmdə medal siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 1896-cı ildə bərpa olunan “dördillik”in 120 illik yeni tarixinin ümumi sıralamasında 15 min 689 mükafat sahibi yer alıb. Bunlardan 5116-sı qızıl, 5082-si gümüş, 5491-i bürüncdür. İndiyədək 149 ölkə olimpiya medalı qazanıb. Bunlardan 109-u çempionluqdur. Amma bu ölkələrdən bəziləri (SSRİ, Yuqoslaviya, ADR, MDB və s.) artıq mövcud deyil.

Yay Olimpiya Oyunlarında 1996-cı ildə debüt edən Azərbaycan müstəqillik illərində əldə etdiyi medallarla siyahıya düşüb. İdmançılarımızın hesabında 44 medal var. Millimiz 6 yarışda 7 qızıl, 12 gümüş və 25 bürünca yiyələnib.
Medalların əyarı baxımından Azərbaycan 58-ci pillədə qərarlaşıb. Burada zamanında öndə qərarlaşan ölkələrin bir qisminin tarixin yaddaşına köçməsi də rol oynayıb.

Həmin kateqoriyadan