Azərbaycan olimpiyaçıları Rio-2016-da 39-cu yeri tutdu

Bu gün Rio Yay Olimpiya Oyunlarına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi rəqabətdə 56 idmançı (59 lisenziya) ilə qatılıb. Olimpiyaçılarımız 18 medalla (1 qızıl, 7 gümüş və 10 bürünc) komandası hesabında 39-cu olub.

Rio olimpiadasında bütövlükdə 86 ölkə mükafat sevinci yaşayıb. Rio-2016-nın qalibi ABŞ olub. Bu ölkənin idmançıları 45 qızıl, 37 gümüş, 38 bürünc medal qazanıblar.

Böyük Britaniya 2-ci (27-23-17), Çin 3-cü (26-18-26), Rusiya 4-cü (19-18-19) və Almaniya 5-ci (17-10-15) yerləri tutub.

Həmin kateqoriyadan