- Baxış sayı: 39
- 23 Aprel 2024 13:22
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan futzal üzrə beynəlxalq turnir başa çatıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması bu gün turnir çərçivəsində üçüncü oyununa çıxıb.
Meydan sahibi Özbəkistanla üz-üzə gələn futzalçılarımız inamlı qələbəyə seviniblər – 6:3. Millimizin qollarını dubla imza atan Borisov (4, 35), Amadeu (8), Bağırov (23), Eduardo (24), Fineo (38) vurub.
Bu qələbə Azərbaycan yığmasının turniri ikinci pillədə başa vurmasına şərait yaradıb. Millimiz ilk oyununda Qazaxıstana uduzmuş (1:4), ardından Belarusa qalib gəlmişdi (2:1).
Turnir cədvəlindəki son durumu təqdim edirik: Qazaxıstan – 7 xal, Azərbaycan – 6, Özbəkistan – 2, Belarus – 1.